VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

Xalq artisti Brilliant Dadaşova "Belə-belə işlər” adlı yeni mahnısını təqdim edib. 

BAKU.WS xəbər verir ki, bəstə Moldovanıın "Ragoza Music” şirkətində hazırlanıb. Mahnının sözlərini müğənninin özü, musiqisini isə 2010-cu ildə Moldovanı "Eurovision”da təmsil edən "Sunstroke Project” qrupunun ulduzları Anton Ragoza və Sergey Yalovitskiyə yazıb. 

Bəstənin aranjiman işi Michael Raya məxsusdur. 

Mahnı haqqında danışan əcnəbi müəlliflər "Daha çox Rusiya və Avropa ifaçıları üçün mahnılar bəstələmişik. Azərbaycanın sevilən ifaçısı ilə əməkdaşlıq bizim üçün maraqlı və məsuliyyətli idi. Azərbaycan dilində ilk bəstəmiz olsa da, sonuncu olmayacaq. Çünki bu işdən məmnun qaldıq” deyə, bildiriblər.

Qeyd edək ki, mahnı tək Azərbaycanda yox, bir çox Balkan ölkələrində də yayımlanacaq.
 
BAKU.WS