SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Bir müddət əvvəl Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva geyimlərini satışa çıxarıb. 

BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram" bloqunda bu haqda yazıb.

"Türkiyəyə köçdüyümə görə geyimlərimin bəzilərini satışa çıxarmışam. Ayaqqabılar və başqa əşyalar da var. Əldə etdiyim pulu isə xeyriyyə işinə sərf edəcəyəm. Bu mənim ilk xeyriyyə işim deyil. Dəfələrlə Gəncədə uşaq evlərinə yardım etmişəm. Bu haqda danışmağı xoşlamıram. Satışdan nə qədər pul əldə olunsa, yenə uşaq evinə bağışlayacağam", - deyə Ayan qeyd edib.

Əlavə edək ki, "İnstagram"da "ayanbabakishiyevaoutlet" adlı səhifə açılaraq, geyimlərin fotoları və qiymətləri yerləşdirilib. Geyimlərin qiyməti 20-100 manat arasında dəyişir.

BAKU.WS