VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün sabiq baş nazir Novruz Məmmədov qızı Firuzənin övladı Qasıma toy edib.

BAKU.WS xəbər verir ki, sözügedən məclisdə bir sıra tanınmışlar, o cümlədən şou-biznes nümayəndələri də yer alıblar. Onlar arasında Xalq artistləri, Əməkdar artistlər və müğənnilər olub.

Şairə Nazilə Səfərli də məclisə təşrif buyuran tanınmışlar arasında olub. O, toya xeyli pul salıb. Həmin görüntülərin videosu yayılıb. Görüntülərdən Səfərlinin məclisə 500 dollar (təxminən 850 AZN) pul yazıldığı məlum olub.

Xatırladaq ki, N.Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO