SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Əməkdar artist Abbas Bağırovun başına iş gəlib.


BAKU.WS xəbər verir ki, müğənni "İnstagram” bloqunda vergi idarəsinin əməkdaşı tərəfindən ona "kələk” gəlindiyini yazıb.


"İki ay öncə mənə vergi idarəsinin əməkdaşı zəng vurdu. Onun toy məclisində iştirak etməyimi istədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Çünki başqa bir tədbirdə olmalı idim. Bunu eşidən həmin vergi içisi mənə çox sərt şəkildə söylədi ki, səni ƏDV-yə, yəni əlavə dəyər vergisinə cəlb edim, sən də bax! Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var, ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə bu mövzuda heç bir hesablama aparmadan... Əziz dostlar, nəzərinizə çatdırım ki, bu özbaşınalıq birinci dəfə deyil! Mən bir şeyi anlamıram, əgər mən 10 min manata toya gedirəmsə, bu vergi işçisi necə bu məbləğin hamısını hesablaya bilər?! Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Bəs mənim çəkdiyim kliplərə xərclədiyim pullar? Mahnılara etdiyim aranjimanların ödənişi? Bəs studiyalara xərclənən vəsaitlər? Musiqi alətləri xarab olur, onun təmirinə xərclənən pullar? Bu dərəcədə özbaşınalıq olarmı? Çox heyif, çox... Kimə şikayət edək?! Kimə deyirsən, deyir ki, vallah mənlik deyil. Bəs kim baxacaq bu özbaşınalığa?”


Müğənni həmçinin "İnstagram”da vergi ödəməsi ilə bağlı olan qəbzləri də yayımlayaraq, "Qazandığım pulla vergi ödəməliyəm, qazanmadığımla deyil” – qeydini yazıb.


Yeri gəlmişkən, xatırladaq ki, bir müddət öncə Vergilər Nazirliyinin açıqladığı vergidən yayınan müğənnilər siyahısında A.Bağırovun da adı var idi.

 

 

BAKU.WS