VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Petek Dinçöz artıq Türkiyədən köçüb.

BAKU.WS xəbər verir ki, hazırda Florida ştatının Mayami şəhərində yaşayan sənətçi artıq övladı ilə məşğul olacağını və onun yaxşı təhsil alması üçün əlindən gələni edəcəyini bildirib.

İfaçının bu açıqlamasından sonra onun Floridaya başqa səbəbdən köçdüyü iddia edilib. Belə ki, Dinçözün iran əsilli iş adamı Rza Zərrabla sevgili olduğu və ona görə Mayamiyə getdiyi ilə bağlı şayiələr yayılıb. 

Rza Zərrabın vəkili Şeyda Yıldırım yayılan məlumatlara açıqlama gətirib. O, Dinçözün sırf oğlu üçün Mayamiyə köçdüyünü bildirib. 

Qeyd edək ki, Petek Dinçöz bir neçə gün əvvəl həyat yoldaşı Serkan Kodaloğlundan boşanaraq Türkiyəni tərk edib. Onlar 2014-cü ildə evləniblər. Cütlüyün Aslan adlı yeganə övladı var.

BAKU.WS