SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan xarici görünüşündə dəyişiklik edib. 

BAKU.WS xəbər verir ki, sənətçi sarı saçlarını qısa kəsdirərək tünd rəngə boyatdırıb.

Röya yeni imicdə olan fotosunu 2 milyondan çox izləyicisi olan instaqram hesabında paylaşıb. Onun qısa saçları maraqla qarşılanıb. İstifadəçilər sənətçinin yeni görünüşünü bəyənərək ünvanına təriflər yağdırıblar. 

Qeyd edək ki, Röya imic dəyişikliyini yeni layihəsi üçün edib. Xalq artisti hazırda həmkarı Rüfət Axundovla Türkiyədə klipə çəkilir.  

BAKU.WS