SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səmra Rəhimli instaqram hesabında izləyicilərinin suallarını cavablandırıb. 

BAKU.WS xəbər verir ki, istifadəçilərdən biri sənətçiyə "Kimlərdir maşınını o günə qoyanlar, niyə paylaşmırsan, hamı görsün" sualını ünvanlayıb.

Səmra isə cavabında həmin şəxsə qarşı hüquq-mühafizə orqanları tərəfindən müəyyən tədbir görüldüyünü deyib:

"Nəyi paylaşım? Polisə şikayət etdim, tez bir zamanda tapdılar. Lazım olan hər şeyi qanuni yolla həll etdik. Bircə onu demək istəyirəm ki, narkotikdən uzaq olun. Allah heç kimin ağlını almasın və belə (oğurluq kimi) əməllər etməyə vadar etməsin".

Qeyd edək ki, Binəqədi rayonunda gecə saatlarında naməlum şəxs Səmranın “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq salonundan oğurluq edib. Hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.

Onun barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib.

BAKU.WS
QALEREYA