SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar geyim tərzi, səhnə hərəkətləri ilə gündəmdən düşməyən, Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlunun boşanma xəbərləri iddia edilmişdi.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, sənətçi yeni mahnısını həyat yoldaşı Ozan Çolakoğlu ilə rəqs edərək ayrılıq iddialarına da son qoyub. İkilinin səmimi rəqsi qısa zamanda sosial şəbəkədə müzakirə mövzusu olub.

Son günlər səhnəyə çıxdığı məkanda oğlan dostunun qucağında oturan Gülşənin evliliyində problemlər olduğu iddia edilmişdi.

Qeyd edək ki, cütlük 5 illik münasibətlərinin ardından 2016-cı ildə İspaniyada evlənmişdi, onların Azur adlı bir övladları var.

BAKU.WS