SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş əri, aktyor Tolqa Kareli məhkəməyə verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, modelin bu addımı atmasına səbəb Tolqanın həyat yoldaşına bahalı üzük alması səbəb olub. G.Musayeva deyib ki, Tolqa oğlu Cahangir üçün ödədiyi 500 lirə (təxminən 263 manat) aliment azdır.

"Tolqanın maddi vəziyyəti yaxşıdır. Əcnəbi bir firma ilə müqabilə imzalayıb. Buna görə də təzminat artırılsın” - deyə, model bildirib.

Xatırladaq ki, Günay Musayeva ilə Tolqa Karel 2011-ci ildə evlənib, ötən il boşanıblar. Cütlüyün bu evlilikdən Cahangir adlı 4 yaşlı oğulları var. 

BAKU.WS