SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 
Müğənni Rəqsanə İsmayılova uzun qaynaq saçlarını qısaldıb.

BAKU.WS xəbər verir ki, ifaçı "İnstagarm” bloqunda paylaşdığı fotolarında "saçlarım getdi” - qeydini yazıb. R.İsmayılova eyni zamanda, qısa şort geyindiyi üçün fotolarda ünvanına yazılan təhqirlərə də cavab verib.

"Düşündüm, "İnstagram”da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin" – deyə müğənni yazıb.

BAKU.WS