VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Eurovision 2016” təmsilçimiz Səmra Rəhimlinin Fransada baş verən terror hadisəsinə görə "İnstagram” bloqunda başsağlığı yazıb.

BAKU.WS xəbər verir ki, onun sözügedən statusu izləyiciləri tərəfindən sərt tənqid olunub. Belə ki, izləyicilər Səmranı Fransa üçün həddən artıq canfəşanlıqda günahlandırıblar.

Müğənni ünvanına deyilən təhqirlərə cavabı da "İnstagram” vasitəsilə, həm də sərt formada verib: "Bir insanın ölümünə sevinəcək qədər mərhəmətsiz və çirkin qəlbli insanlarsınız. Terrorun harada baş verməsinin nə fərqi var?! Bu dəhşətli hadisədir və hər birimizin başına gələ bilər. Söhbət insan həyatından gedir... İnsan bu qədərmi ucuzdur ki, adamlar bir-birinin ölümünə sevinir? İstəyirəm bütün dünyada sülh olsun, insanlar daha ölməsin, terror olmasın, hamı azad, sərbət yaşasın. Qəlbinizdə bir az da olsa, mərhəmət olsun, insan sözünü ucuzlaşdırmayın. Dilsiz, ağızsız heyvanlara belə kömək etməyən, onlara Allahın suyunu belə verməyən, onları daşlayan və bundan zövq alıb gülən insanlardan çox şey istəyirəm, bunun fərqinə varıram. Siz başqalarının acısına, ölüsünə hörmət etmədən, bizim acımıza hörmət və anlayış axtarmayın. Bu qədər qəddar olmayın, yazdıqlarımı bütün çirkin ürəkli, qara fikirli insanlara şamil edirəm”.
 
BAKU.WS