SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "İnstagram" bloqunun hakerlər tərəfindən dağıdılması ilə bağlı Türkiyə mətbuatına açıqlama verib.
BAKU.WS  xəbər verir ki, Nyu-Yorkda olarkən polislərlə şəkil çəkdirən aktrisanın bu hərərkəti tənqidə səbəb olub.

N.Cavadzadə baş verənlərdən təəssüfləndiyini deyib:

"Düzü, baş verənlərə görə çox təəccübləndim. "İnstagram” bloqumun hakerlər tərəfindən dağıdıldığını həmin an bilmədim. Çünki hər dəqiqə "Instagram"a baxmıram. Çoxları yazdı ki, Nəsrin hesabını bağladı. Axı mən kimdən və nədən qaçım? Pis bir iş görməmişəm ki?! Bir fotoya görə insana qiymət verib, yerə vurmaq olduqca qorxulu bir hərəkətdir. Mən heç vaxt belə şeylərə görə sosial şəbəkədən getmərəm. Niyə kimdən qaçım ki? Pis bir şey etməmişəm ki. Bu sadəcə turist fotosu idi”.

Qeyd edək ki, dünəndən Nəsrin "İnstaqram"a qayıdıb. 
 
BAKU.WS