VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ABŞ-da istirahət edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto əks-səda doğurub.

BAKU.WS məlumat verir ki, aktrisanın sözügedən fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib. Instagram izləyiciləri fotoya "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" şərhini yazıblar.

İzləyicilərin onun ünvanına yadığı sərt sözlərdən əsəbiləşən aktrisa cavabında bunları yazıb:
 
"Dərin deyilsən, intellektual deyilsən, sənətçi deyilsən, tənqidçi deyilsən, şair də deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarıma fikir bildirəndə..." 

Ötən gün isə Nəsrinin Instagram hesabını bağlamağı ilə bağlı xəbərlər yayılmışdı. Aktrisanın Instagramı izləyicilərin tənqidi sözlərindən təngə gəlib bağladığı ehtimal edilirdi. Ancaq aktrisa bununla bağlı açıqlama verərək, Instagram profilinin hakerlər tərəfindən oğurlandığını bildirib. O, bu haqda "Twitter" hesabında məlumat paylaşıb:
 
"İnstaqram hesabım hakerlər tərəfindən ələ keçirildi. Geri aldıqdan sonra görüşmək ümidilə...Hamınıza sevgilər”.

Qeyd edək ki, N.Cavadzadə Türkiyədə yaşayıb, fəaliyyət göstərir.
 
BAKU.WS