SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan “Kurtlar Vadisi” serialının aktyoru Bahadır Ünlü kafedə müştəriyə hücum edib.

BAKU.WS xəbər verir ki, aktyor həyat yoldaşının işlətdiyi restoranda bıçaq götürərək dəstəyi ilə müştərinin başına bir neçə dəfə zərbə endirib. 

Buna səbəb sözügedən müştəri ilə aktyorun həyat yoldaşı arasında yaşanan mübahisə olub. Bir müddət baş verənlər gizli qalıb.

Lakin Bahadır olanları sosial şəbəkə hesabında yayımladıqdan sonra hər şey ifşa olunub. Bundan sonra aktyor hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Bahadır Ünlü "Arka sokaklar", "Muhteşem yüzyıl" kimi ekran işlərində də rol alıb.

BAKU.WS
VİDEO

QALEREYA