SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Ləman Mərrih subaylığın daşını atıb.

BAKU.WS xəbər verir ki, o, evlilik yolunda ilk addım ataraq sevib-seçdiyi Elnur bəylə nişanlanıb. Cütlüyün nişan mərasimi paytaxt restoranlarından birində baş tutub.

Məclisdə onların ailə üzvləri, yaxınları və tanışları iştirak ediblər. Cütlüyün şad günündən olan görüntüləri yaxınları sosial şəbəkələrdə paylaşıblar. 

Qeyd edək ki, Ləman Mərrih "Ata ocağı" serialında rol alıb. 

BAKU.WS
QALEREYA