SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün aparıcı Ulvira Qarayeva plastik əməliyyat etdirib.

BAKU.WS xəbər verir ki, o, xarici görünüşündəki komplekslərdən azad olmaq üçün əməliyyat masasına yatıb. Bu haqda aparıcı özü məlumat verib.

Əməliyyat görüntülərini paylaşan aparıcı qaş qaldırma və üz gərmə əməliyyatı etdirdiyini qeyd edib.

Ulvira Qarayeva əməliyyatdan sonrakı görüntülərini də yayımlayıb. Onun yeni görünüşü müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Ulviranın plastik əməliyyatdan sonra tamamilə dəyişilərək tanınmaz hala düşdüyünü bildiriblər.

Bəziləri isə "Köhnə Ulvira "Toy olsun"da qaldı" yazaraq reaksiya veriblər. 

BAKU.WS
QALEREYA