VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Vasif Məhərrəmli hazırda Türkiyədə istirahətdədir. 
 
BAKU.WS məlumat verir ki, müğənni İstanbulda çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Fotolardan birində müğənninin türkiyəli həmkarı Ferhat Güzel də yer alıb. 
 
Sənətçi fotoya "Nişan Taşında gördüm bunu. Tanıyan varsa, yazsın" şərhini yazıb. İzləyiciləri fotodakı şəxsin Ferhat Güzel olduğunu qeyd ediblər. 
 
Qeyd edək ki, Ferhat Güzel İbrahim Tatlısesin vurulmasında şübhəli bilinən şəxslərdən biridir. Belə ki, İbrahim Tatlıses "Twitter" hesabında yazdığı tvitlərin birində onun vurulmasında iştirakçı olanlardan birinin Ferhad Güzel olduğunu qeyd etmişdi:
 
"Nankorun biri nankor. Araşdırdım, sənin adın çıxdı. Sən necə nakişi insan imişsən. Yaxşı xatırla, bir gecə "Günay"da içdikdən sonra ofsiantlara söymüsən. Onlar da mənə görə sənə heç nə deməyiblər. Sonra məni göstərərək "Narahat olmayın, onun da ömrünə az qalıb" demisən. Ondan bir ay sonra məni vurdular", - deyə imperator bildirib. 
 
BAKU.WS