SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Kamran Həsənli KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişən nümayəndə heyətimizə sərt etiraz edib.

BAKU.WS xəbər verir ki, bu haqda sosial şəbəkədə video yayımlayan Həsənli yerlilərimizin qorxaraq belə bir addım atdığını bildirib:

"KVN komandamız Rusiyaya yarışa gedib. Onlar orada "Şuşa" adı ilə mübarizəyə qoşulublar. KVN-də iştirak edən komandamıza kimsə qorxudaraq adının dəyişdirilməsini tələb edib. Yəqin ki, bu, rəsmi surətdə olmayıb. Çünki onlar rəsmi şəkildə müraciət etsəydilər, onda bizim KVN komandamız da onlara rəsmi cavab verərdi. Oradakı oğlanlar da qorxaqlıq edib, komandanın adını "Buta" adı ilə əvəzləyiblər".

Onu da bildirək ki, komandanın rəhbəri ssenarist Müşviq Abbasovdur. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO