VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova həmkarlarının ona qarşı qeyri-səmimi münasibətindən danışıb.

BAKU.WS xəbər verir ki, "Günün sədası" proqramına qonaq olan sənətçi bəzi sənət adamlarının onun ünvanına sərt ittihamlar səsləndirdiyini və söz atdıqlarını bildirib:

"İndi oxuyanlar var, mənə söz atırlar. Bilirlər ki, cavab verməyəcəm. Mənim haqqımda yalan fikir formalaşdırırlar. Bu yaxınlarda yazıblar ki, qaçırdım Brilliantın qabağına, məni saymırdı. Belə bir şey olmayıb. Sadəcə o, həmişə eşidib ki, mən İlhamə Quliyevanı sevmədiyimi demişəm, qabağına qaçırdım, o, məni saymırdı.

İndi bunu götürüb mənə edir. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam da qaçsa, heç vaxt ola bilməz ki, salamını almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edəndirlər”.

BAKU.WS
VİDEO