VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olub".
 
BAKU.WS məlumat verir ki, bu sözləri azərbaycanlı aktrisa Pərvin Abiyeva sosial şəbəkədə yazıb. Pərvin onun fotosu ilə mərhum aktrisa Nuriyyə Əhmədovanın fotosunu kollaj edib paylaşılmasına əsəbləşib:
 
"Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından öz ölkəmdə doğulub, yaşadığıma nifrət edirəm. Vaxtıykən böyük sənətkarımız yaşayarkən bu səviyyəsiz şəkli düzəldib, yaydınız, səsimi çıxarmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Bu xanım rəhmətə gedib və artıq onun evi var. Ayıbdır özünüzə hörmət etmirsiniz, mənə etmirsiniz, heç olmuya Nuriyyə xanımın ölüsünə hörmət edin. Kimə nə mənim "Porchem" var və necə almışam?! Mən sizdən soruşuram nə işlə məşğulsunuz, necə pul qazanırsınız, nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm. Amma bu o demək deyil ki, Nuriyyə xanım elə o vaxtdan bu vaxta kimi evsiz olub, pul qazanmayıb. Nə bilmək olar o cavan vaxtlarında sənəti ilə nə qədər pul qazanıb və itirib. Bəlkə mən də o yaşıma çatanda evsiz qalacam, küçədə yaşayacam. Mən belə insanlardan iyrənirəm. Bu şəkili gündəmə gətirməklə, reytinq qazanıb, özünüz kimi səviyyəsizlərin diqqətini cəlb edib, gic-gic şərh yazanların fikri ilə məni hörmətdən sala bilməyəcəksiniz. Mənim yetərincə sevənim var və hər kəs məni sevmək məcburiyyətində deyil. Bu şəkilin altına elə səviyyəsiz şərhlər yazırlar ki, elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olublar. Necə də əminliklə danışırlar.... Bəsdirin boş-bekar gəzdiniz sosial şəbəkələrdə. İş tapıb, işləyin. Siz də nəinki "Porshe", bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək, arxasınca danışaraq yox!!! Hər necə almışam, yaxşı eləmişəm. Amma İnşAllah ki, Nuriyyə xanım sağ olarkən bu şəkili və müqayisəni görməyib. Kimisə qınamadan öncə hər kəs öz həyatına nəzər salsın. Allahıma çox şükür olsun ki, mənə nə kin, nə nifrət, nə paxıllıq, nə qeybət hissini nəsib etməsin".
 
BAKU.WS