SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Dilarə Kazımova boşandığı həyat yoldaşından danışıb. 

BAKU.WS xəbər verir ki, "Söz baz" verilişinə dəvət olunan ifaçı həyat yoldaşı ilə əvvəl dost olduğunu, daha sonra evləndiyini deyib. Dilarə keçmiş ərindən qısqanc olduğuna görə ayrıldığını bildirib:

"2014-cü ildə ailə həyatı qurdum. Bu foto Amsterdamda çəkilib. Biz dost idik. Amma görürdüm ki, o, mənə aşiqdir. Biz fikirləşdik ki, Avroviziyadan sonra toy edək.

O, məni sevirdi deyə ona qarşı məndə də hisslər yarandı. Çox qısqanc idi. Biz hər gün bir-birimizin üstünə qışqırırdıq. Böyük davalarımız olurdu. Sonra səhnəyə çıxanda səsimin tutulduğunu hiss etdim. Ayrıldıq. Evliliyimiz iki il davam etdi".

BAKU.WS
VİDEO