VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xatirə İslam yenidən Instagram izləyicilərini təhqir edib. 
 
BAKU.WS məlumat verir ki, müğənninin istirahət fotoları izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar sənətçinin fotolarına xoşagəlməz rəylər yazıblar. Xatirə İslam isə onu tənqid edənlərin ünvanına bunları yazıb:
 
"Mən öz profilimdə şəkil paylaşıram, bəzi boş bekar səviyyəsizlər bildi-bilmədi bura rəy yazmasın. Mən şəkil paylaşıram, siz bir-birinizi qırırsınız. Dünyanın heç bir yerində belə şey yoxdur. Mənə maraqlıdır, heç bir sənət sahibinin gəzməyi, kefi sizi qıcıqlandırmır, yalnız müğənnilər daş olub düşüb bəzi murdarların başına. Elə ortadan belə çatlayın. Allah bilir kimə nə verir. Bu arada sevənlərimi bağrıma basıram".
 
Qeyd edək ki, Xatirə İslam bir neçə dəfə izləyicilərini təhqir etdiyi üçün gündəmə gəlib. 
 
BAKU.WS