SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Alek Bolduin “Rust” filminin çəkiliş meydanında operatoru öldürməsindən sonra ilk dəfə müsahibə verib. 

BAKU.WS "Haber global"a istinadən xəbər verir ki, oktyabrın 21-də baş verən hadisədən sonra ABC televiziya kanalına danışan aktyor Halyna Hutchinsi öldürmədiyini bildirib.

Suala cavab verərkən göz yaşlarını saxlaya bilməyən Alek hələ də baş verənlərə inanmaqda çətinlik çəkdiyini deyib: "Silahdan mən atəş açmamışam. Heç vaxt kiməsə silahı tuşlayıb atəş açmaram da... Hələ də inanmaqda çətinlik çəkirəm. Baş verənlər mənə həqiqət deyilmiş kimi gəlir".

Qeyd edək ki, Alek Bolduin çəkiliş meydanında bir səhnəni reallaşdıran zaman tapança ilə güllə atıb. Güllələr həm operatora, həm də filmin rejissoruna dəyib. Onlar xəstəxanaya yerləşdiriliblər, lakin 42 yaşlı kinorejissor Halyna Hutchins vəfat edib. Filmin ssenari müəllifi və rejissoru 48 yaşlı Coel Souza isə ağır vəziyyətdə olub. 

 

BAKU.WS