SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, qalmaqallı çıxışları ilə gündəm olan aparıcı bu dəfə feysbuk hesabında dövlətdən yardım istəyən sənət adamlarını tənqid atəşinə tutub:

"Ad çəkib kimlərisə incitmək istəmirəm. Hər şeyi dövlətdən ummaq olmaz. Ev, bağ, fəxri ad, orden versin... Təbii ki, söhbət sənətdə müstəsna xidmətləri olanlardan, sənət tarixinə imza atanlardan getmir. Hamıya da şamil etmək olmaz... Mən "Xalqa xidmət göstərmişəm" deyib dövlətə minnət qoymağı yalnış hesab edirəm.

Sevdiyin sənəti seçmisən, məşğul olmusan və bu peşəyə görə az-çox məvacib almısan. Bu işə səni heç kim məcbur etməyib. Yenə də deyirəm, sözüm sənəti özündən böyük olanlara deyil! Ona qalsa, müəllim, həkim, polis, jurnalist, neftçi də xalqa xidmət edir və heç də az xidmət göstərmirlər.

Məncə, insan həyatını elə qurmalıdır ki, sabah doğmaları, əzizləri ona sahib çıxsınlar. Övladları yiyə dursunlar. Qaldı layiq olmayanlara verilənlərə... Bu, ayrı mövzudur..."

BAKU.WS