SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı aparıcı Kristina Asmalovskaya COVID-19-dan vəfat edib.

BAKU.WS xəbər verir ki, bu haqda onun həmkarı Tatyana Çernyayeva sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, 41 yaşlı Kristina yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Tatyana ötən gün ölən aktrisanın COVID-19-a qarşı peyvənd olunub-olunmamasına da aydınlıq gətirib. O, Kristinanın vaksin olunmadığını bildirib.

Xatırladaq ki, K.Asmalovskaya 1980-ci il mayın 21-də Moskvada anadan olub. O, 7 il uşaqlar aid olan “ABVQDeyka” proqramında aparıcılıq edib. “Tantsı so zvyozdami” adlı telelayihədə iştirak edib.

 

BAKU.WS