SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün aktrisa Asya Atakişiyevanın toyu olub.

BAKU.WS xəbər verir ki, o, iki ildir nişanlı olduğu həmkarı Əmrah Dadaşovla evlənib. Cütlüyün toyu şəhər restoranlarından birində baş tutub.

Onların toyunda ailə üzvləri, yaxınları və dostları ilə yanaşı bir sıra tanınmışlar da yer alıblar. Məşhurlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar ediblər. Onlar gəlin və bəylə çəkilən şəkilləri instaqram hesablarında paylaşıblar.

Qeyd edək ki, Asya ilə Əmrah 2019-cu ildə nişanlanıblar. Asya Atakişiyeva Gənc Tamaşaçılar Teatrının, Əmrah Dadaşov isə Akademik Musiqili Teatrın aktyorlarıdır.

BAKU.WS
VİDEO

QALEREYA