VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Müğənni Günay İbrahimli yeni mahnısını təqdim edib. 

BAKU.WS məlumat verir ki, "Biri var orda” adlı mahnının sözləri və musiqisi Zülfi Bədəlova məxsusdur. Aranjimanı Elvin Musayevə məxsus olan musiqi parçası sənətçinin rəsmi "Youtube" səhifəsində yayımlanıb:

"Yenə komandamla bir araya gəldik. Yeni mahnımla yanaşı fotosessiamı da sevənlərimə təqdim edirəm. Mahnı əsl yay ab-havasına uyğundur. Mövsüm boyu seviləcəyinə inanıram. Fotolarımı Fərhad Əhmədov çəkib. Çəkilişdə saç düzümləriminin hamısını özüm etmişəm. 4 geyimdən istifadə olunub, dəb məsləhətçim Elnarə Bəkirovadır. Əziyyəti çəkən hər kəsə,  prodüserim Sevinc Hüseynovaya təşəkkürümü bildirirəm",- deyə G. İbrahimli bildirib. 
 
BAKU.WS