SİZİN REKLAM BURADA!
055 213 76 73


Aşıq Əli şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “1 dəqiqə” proqramına qonaq olan sənətçi atasının xəstəliyindən danışıb. Əli hələ ki valideyninin səhhətinin qənaətbəxş olduğunu qeyd edib. Daha sonra sənətçinin əmisi onun haqda fikirlərini bildirib. O, Əlinin sağlamlığı üçün ən az 20 kiloqram arıqlamalı olduğunu deyib:

“Əli uşaq vaxtı xəstə olub. Ürəyində parok adlı bir şey var idi. 4-5 yaşı olanda ürəyindən əməliyyat olundu. Daha sonra böyüdü, aktiv uşaq oldu.

9-10 yaşından aşıq olmağa başlayıb. Həmişə onu gəzdirirdim. Sazını mən kökləmişəm. Peşəkar olduqdan sonra ondan ayrıldım.

Mənfi cəhəti var. Mən bunu onun özünə də deyirəm ki, sağlamlığın üçün ən az 20 kiloqram arıqlamalısan. Yaşı azdır, amma çəkisi yaşına görə çoxdur”.

BAKU.WS
VİDEO