SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Rəşad İlyasov açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan sənətçi ötən gün mətbuatın gündəmini zəbt edən rəqqasə Oksana Rəsulova ilə aparıcı Şəhriyar Əbilovun evlilik xəbərlərinə reaksiya verib.

Əməkdar artist bu məlumatların doğru olmadığını, həmin açıqlamaların şou xatirinə edildiyini deyib:

“Axı dedilər biz dostuq, ikimizin də oğlumuz var. Bir az müəmmalı danışılır. İkisi də xoşbəxt olsunlar. Şəhriyarla bir kanalda çalışırıq. Bizim dostumuzdur. Çox yaraşırlar bir-birlərinə... Amma mən onları daha çox dost kimi görürəm. Məncə, bu işdə maqazin qoxusu var”.

Qeyd edək ki, ötən gün "Tam vaxtıdır" verilişində aparıcı Şəhriyar Əbilov 4 ildir rəqqasə Oksana Rəsulova ilə ailəli olduğunu və Osman adlı övladları olduğunu bildirib.

Onun bu açıqlaması ölkə mətbuatında sensassiya yaradaraq xeyli müzakirələrə səbəb olub.

BAKU.WS
VİDEO