SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Müşviq Şahverdiyev şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan aktyor uzun müddətdir həyat yoldaşı Aynurədən və övladından ayrı qaldığını bildirib. Aktyor xanımının hazırda Ukraynada təhsil aldığını deyib.

Şəxsi həyatından danışan Müşviq həyat yoldaşının qısqanc olduğunu da qeyd edib:

"Axşam saat 11-dən sonra sorğu-sual başlayır. Yazır ki, bəlkə, uşaq səni görüntülü görsün? İnam məsələsində bir az büdrəmişəm. Çox qısqancdır. Axşam evə gedib şəkil atıram ki, artıq evdəyəm".

BAKU.WS
VİDEO