VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Aşıq Telli Borçalı özündən 17 yaş kiçik olan "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı kimi tanınan müğənni Ariz Hüseynovla sevgili olması xəbərlərinə münasibət bildirib.

BAKU.WS məlumat verir ki, aşıq bu haqda "10-dan sonra” verilişinə zəng edərək danışıb: 

"Yalan olar, amma bu qədər də ağ yalan ola bilməz, Yusif bəy. Heç ola bilməz belə bir şey. Yəni belə insanlar var ki, öz reytinqini, saytının oxunmasını qaldırmaq üçün yalan məlumatlar yazırlar. Mən hazırda Bakıda deyiləm. Bakıya qayıdanda onu yazanların hamısı ilə bir-bir görüşüb danışacam, özü də necə lazımdır. Belə yalan məlumatlar yazan dırnağarası jurnalistlərə jurnalist demək olmaz. Amma yaxşı jurnalistlərimiz də var. Bax, adama deyərlər sənə kim ixtiyar verib ki, mənlə danışmadan, görüşmədən necə elə yaza bilərsən? Ölü arxasınca danışırsan? Kimsə ona sifariş verib. 

Bir adama salam verməyə peşman olursan. O dəqiqə deyirlər sevgilidilər. Gündə məni birinə ərə verirlər. Saytların biri yazıb ki, guya bizə elçi gəlmək istəyiblər mən istəməmişəm, hədələmişəm. Bu orucluğa and olsun ki, belə şey olmayıb". 
 
BAKU.WS