VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov bu dəfə bahalı mənzili ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, bloger yeni və dəbdəbəli evinə milyon dollar (təxminən 1 milyon 700 min AZN) vəsait xərcləyib. 

Bahalı mənzilin ümumi sahəsi 130 kvadrat metrdir. Mənzil Rusiyanın Moskva-Siti bölgəsində yerləşir. 

Evin hələ ki dizayn və təmir işləri tam yekunlaşmayıb. Bununla bağlı açıqlama verən Hüseyn mənzilində sadəliyə üstünlük verəcəyini qeyd edib.

Böyük və dəbdəbəli evin təmirinin blogerə neçəyə başa gələcəyi isə hələ ki bilinmir. Hazırda mənzilin hər kvadratmetrinin təmirinə təxminən 500 min rubl (11 min AZN) pul xərclənir.


BAKU.WS
QALEREYA