SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xəyyam Nisanov şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Sənətdən kənar” proqramına qonaq olan sənətçi qazandığı pulu hələ də anasına verdiyini, ilk qazandığı məbləğə isə anasına ziynət əşyası aldığını bildirib:

“Pul yaxşı yaşamağımız üçün bir təminatdır. Hər birimizin həyatında pul vacibdir, amma yetəri qədər, çünki onun da çərçivəsi var. Pulu görən hər insan özünü çərçivədə apara bilmir. Çalışıram ki, qazandığım pulu anama verim və lazım olanda ondan alım. 11 yaşımdan işləyirəm. İlk qazandığım pula anama 70 dollara qızıl sırğa almışam”.

Qeyd edək ki, Xəyyam 2017-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub. Hazırda cütlüyün iki azyaşlı övladı var.

BAKU.WS
VİDEO