SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


Səs, gözəl ayaqlar, parlaq saçlar, ideal bədən quruluşuna sahib olmaq üçün ulduzlar çox əmək sərf edirlər. Bunun üçün milyonlarla dollar pul tökən məşhurlar da var. 

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, məşhurlar təkcə mənzilini, avtomobilini deyil, bədəninin müxtəlif hissələrini də sığortalayırlar. Bunun üçün yüksək miqdarda məbləğ ödəyirlər. 
 
BAKU.WS bədənini sığortalatdıran məşhurları təqdim edir.  
RİHANNA - 27 yaş 
 

 

Barbaroslu müğənni 2007-ci ildə ayaqlarını 1 milyon dollara sığortalatdırıb. 

 

TEYLOR SVİFT - 25 yaş


 

Dünyanın ən çox qazanan müğənnisi hesab olunan Teylor Svift də ayaqlarını  sığortalatdırıb. O ayaqları üçün 40 min dollar xərcləyib. 

 

HAYDİ KLUM - 42 yaş


 

 

"Victoria's Secret"-in əfsanə mələklərindən Haydi Klum ayaqlarını 2 milyon dollara sığortalatdırıb. 

 

CENNİFER LOPES - 46 yaş

 

 

 

Cennifer Lopez təkcə sənəti ilə deyil, həm də ideal bədən quruluşu ilə, əsas da ombaları ilə məşhurdur. Aktrisa ombalarını 27 milyona sığortalatdırıb.

 

DANİEL KREYQ - 47 yaş

 

 

 

Məşhur aktyor bədənini 9,5 milyon dollara sığortalatdırıb. 

 

CULİYA ROBERTS - 47 yaş

 

 

 

Ən məşhur gülüşə sahib olan Culiya Roberts bunun üçün 30 milyon dollar xərcləyib.

 

DEVİD BEKHEM - 40 yaş

 

 

 

Ulduz futbolçu bədənini 195 milyon dollara sığortalatdırıb. 

 

MERAY KERi - 45 yaş

 

 

 

Meray Keri ayaqları üçün ən maksimum məbləği xərcləyib. Belə ki, müğənni ayaqlarını 1 milyard dollara sığortalatdırıb. 

 

KRİŞTİANO RONALDO - 30 yaş

 

 

 

"Real-Madrid"in portuqaliyalı futbolçusu Ronaldo ayaqlarını 100 milyon dollara sığortalatdırıb. 

 

MADONNA - 56 yaş

 

 

 

Madonna da bədənini sığortalatdıran məşhurlardandır. Ulduz müğənni sinəsini 2 milyon dollara sığrotalatdırıb. 

 

 

Ayşən Ayxan 

BAKU.WS