SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hazırda bildiyiniz kimi teatrların fəaliyyəti bərpa edilib. Bu hal biz aktyorları çox sevindirir. Hər birimizin zəngin repertuarı var. Sənət adamı səhnədə olmalıdır!”

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov BAKU.WS-ə müsahibəsi zamanı bildirib. Uzun illərdir yarızirzəmi evdə yaşayan sənətçi, mənzil növbəsinə yazılsa da, ala bilmədiyini deyib:

“Mənim mənzilim yoxdur. Biləcəridə yarımzirzəmi evdə yaşayıram. Artıq uzun illərdir orada qalıram. İki il olar mənzil növbəsinə yazılmışam. Mənə bir məktub gəldi ki, ev veriləcək. Amma hələ də verilməyib.

Belə olsa da, eybi yox, mən ev ummuram, yaşlı insanam. Mənə ev lazım deyil, əsas şəhid ailələri və qazilərimizdir. Onlara qələbədən sonra ev verirlər, bu xəbərləri eşidəndə çox sevinirəm, elə bilirəm ki, o ev mənə verilir”.

BAKU.WS