SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Şəbnəm Tovuzlu xeyirxah addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi "Bizimləsən" proqramına yardım almaq üçün müraciət edən Zülfiyyə, Gültəkin və Minayə bacılarına əlil arabaları bağışlayıb. 

7 yaşlarından yeriyə bilməyən bacıların sadəcə bir əlil arabaları olub.

"Bizimləsən"ə qonaq olan Şəbnəm bacıların onun fanatı olduqlarını və onları bir dəfə də gəzməyə apardığını qeyd edib:

"Onları ziyarət etdim. Mənə dedilər ki, biz uzun müddətdir şəhərə getmirik. Mən də öz avtomobilimlə onları aparıb gəzdirdim".

BAKU.WS
VİDEO