SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun keçmiş cütlüyü Ancelina Coli ilə Bred Pitt arasındakı gərginlik davam edir.

BAKU.WS xəbər verir ki, övladlarının qəyyumluq məsələsində ortaq qərara gələ bilməyən cütlük bu dəfə Fransanın cənubunda yerləşən və 164 milyon dollar (təxminən 278 milyon 800 min AZN) dəyərindəki “Miraval” sarayına görə üz-üzə gəlib.

Belə ki, Coli keçmiş əri Bredi bu böyük mülkdə almaniyalı model Nicol Poturalski ilə gördükdən sonra sarayın özünə aid olan hissəsini satmaq qərarına gəlib.

Bunu eşidən Pitt Ancelinaya qarşı çıxıb və onun hər ikisinə aid sarayda qanunsuzluq etdiyini əsas gətirərək Colini məhkəməyə verib.

Qeyd edək ki, bir-birini sevərək evlənən Hollivudun iki məşhur siması bu münasibəti 10 il davam etdirsələr də, onlar 2016-cı ildə gözlənilməz qərarla boşanıblar. Cütlüyün 3 bioloji və 3 himayəyə götürdüyü 6 övladı var.

BAKU.WS
QALEREYA