SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Bülent Ersoy uzun müddətdən sonra yenidən aparıcılığa başlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi ötən gün həmkarı Mustafa Keserlə "Benzemez Kimse Bize" adlı proqramı ilə sevənləri qarşısına çıxıb. Ulduz qonağın müğənni Yıldız Tilbe olduğu proqram müzakirələrə səbəb olub. 

Belə ki, canlı yayım zamanı Ersoy qəribə hərəkətləri ilə diqqət çəkib.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. İstifadəçilər Bülentin içkili olduğu üçün belə etdiyini bildiriblər.

Bu iddiaları eşidən sənətçi haqqında danışılanları təkzib edərək bunların həyəcandan olduğunu qeyd edib.

Məlumat üçün bilidirək ki, Bülent Ersoyun saç və makiyajı üzərində azərbaycanlı məşhur stilist Anar Ağakişiyev çalışıb. Bu haqda ifaçı proqramda özü məlumat verərək stilistə təşəkkür edib.

BAKU.WS
VİDEO

QALEREYA