SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda özünə təmtəraqlı doğum günü keçirən prodüser Tolik İstanbulda da ad gününü qeyd edib. Natəvan Həbibinin təşkilatçılığı ilə baş tutan doğum günü partisinə Tolikin qardaş ölkədəki dostları qatılıblar.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Tolikin ad günündə tortlar kəsilib, sağlıqlar deyilib.
 
İnstaqram səhifəsində foto və videogörüntünü yerləşdirən Tolik təəssüratını belə ifadə edib: "İndi də doğum günümü İstanbulda qeyd edirik. Yaman uzandı, lap acı bağırsağa döndü ad günüm".
 
Əldə etdiyimiz məlumata görə, doğum günü partisinin hesabını Natəvan ödəyib.
 
Onu da qeyd edək ki, Tolikin özünə möhtəşəm ad günü partisi keçirməsi sosial şəbəkədə bəzi insanlar tərəfindən qıcıq doğurub. Onu israfçılıqda qınayıblar, yazıblar ki, bu pulla hansısa kasıbların qarnını doyura bilərdin. Eyni zamanda içki məclisinə görə ona irad tutulub.
 
Bundan qəzəblənən Tolik üzünü həmin adamlara tutub və ürəyini belə boşaldıb: "Mənim ad günümü niyə elədiyimi və bu pula kimlərinsə qarnını doydurmadığımı deyənlərə söyləyirəm. Nə ananızı satmışam, nə də bacınızın qarnından kəsib özümə ad günü keçirmişəm. Əcəb eləmişəm. İkincisinə də qalanda mən kasıblara əl tuturam, siz gedin evdəkilərinizin dərdini çəkin.
 
Burada kişilikdən danışanlar, bacınızdan muğayat olun. Mənim dərdim sizə qalmayıb. Onu da biləsiniz ki, mən ad günümdə içki verməmişəm, bunu orada iştirak edənlər də deyə bilərlər".
 
BAKU.WS