SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında canlı yayım açaraq əvvəlcə müğənni Zamiq Hüseynovu 37 yaşı tamam olması münasibətilə təbrik edib.

Zamiq kimi gənc müğənnilərin daim böyük sənətkarlardan bəhrələndiyini deyən Dadaşova Xalq artisti Eyyub Yaqubovu dinlədiyini, onun mahnıları ilə qidalandığını bildirib:

“Zamiq kimi bir çoxları mən oxuyanda mikrofonun səs aparatının telefonlarını qoyub səsimi yazırdılar. Onlar səsimdən çox şeylər öyrənməyə çalışırdılar. Öyrənsələr də, bir çoxları bunu dandı. Amma Zamiq bunu hər zaman deyir və etiraf edir.

Mən də onun kimiyəm. Məsələn, bir çox sənətkarlarımız var ki, onlar mənim ruhumun qidası olub. Onları heç vaxt danmaram. Məsələn, Eyyub Yaqubov mənim zaryatkamdır, şarj aparatımdır. Onun ifalarına çox qulaq asıram. Mahnıları ruhumu qidalandırır”.

BAKU.WS
VİDEO