SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID-19-a yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.

Bu haqda BAKU.WS-ə sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

“Hazırda səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni etməyə çalışırlar. Tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniya meydana gəlib, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı yaranıb.

BAKU.WS