SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tannımış model Kseniya Deli ailə qurub.

BAKU.WS məlumat verir ki, 28 yaşlı model 62 yaşlı misirli milyarderə ərə gedib. Həyat yoldaşı ilə fotolarını Instagram səhifəsində paylaşan Kseniya özünü çox xoşbəxt hiss etdiyini bildirib. 

Kseniya Deli məşhur kişi jurnalı "Playboy"un simalarından biri olub. Cazibədar model "Victoria's Secret”lə də bir müddət əməkdaşlıq edib.
 
Model bir müddət əvvəl Castin Biberin klipində çəkildiyi səhnə ilə gündəmə gəlmişdi. Belə ki, Kseniyanın klipdə erotik səhnələrə çəkilməsi müzakirələrə səbəb olmuşdu. 

Məlumat üçün qeyd edək ki, Kseniya Delinin atası türk, anası isə moldovandır.
 
BAKU.WS