VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Kurtlar Vadisi Pusu” serialındakı Polat Alemdar obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmazdan xəbər var.

BAKU.WS xəbər verir ki, bir zamanlar aktyorun özünü imam elan etməsi xəbərləri ilə gündəmə gələn Şaşmaz bu dəfə "seçilmiş insan" olduğunu bildirib.

Bu haqda aktyorun əmisioğlu Urfanla səs yazısı yayılıb. Səs yazısında Necati “Təəssüf ki, mən seçildim” deyib.

Əmisioğlu aktyora bunun psixoloji bir şey olduğunu, tezliklə psixoloqa müraciət etməsini tövsiyyə edib.

Qeyd edək ki, bir müddət əvvəl aktyorun həyat yoldaşının iddiasına görə, Necati özünü imam kimi görür. Hətta o, 8 yaşındakı övladını bu təriqətin gələcək lideri hesab edir.

BAKU.WS
VİDEO