SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar tez-tez şəxsi həyatı ilə gündəmə gələn məşhur müğənni Cenifer Lopez bu dəfə bahalı geyimi ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, İtaliyanın Venesiya şəhərində məşhur brendlərdən olan “Dolce & Gabanna”nın moda gecəsinə qatılıb.

Lopez sözügedən markanın üst geyimi, çantası və ayaqqabısından istifadə edib. Onun bahalı daş-qaşlarla bəzədilən üst geyiminin qiyməti 36 min 700 AZN-dir.

“Dolce & Gabanna” markasına məxsus ayaqabısının qiyməti 4465 AZN, həmin brenddən olan çantasının qiyməti isə 12 min 316 AZN-dir.

Ceniferin əynindəki libasın ümumi dəyəri 53 min 481 AZN təşkil edib.

BAKU.WS
QALEREYA