Kənan M.M rejissoru olduğu "Gecə qonağı" filmi ilə bağlı səsləndirilən tənqidlərə cavab verib.

BAKU.WS məlumat verir ki, rejissor filmlə bağlı səsləndirilən fikirlərə sosial şəbəkədə münasibət bildirib:
 
"Hamı ağıllı və tərbiyəlidir. Deyəsən, dəli və tərbiyəsiz təkcə mənəm. Milli mənəviyyat və milli dəyərlər mən film çəkəndə yada düşür. Deməli, hərdənbir film çəkmək lazımdır".
 
Qeyd edək ki,  "Gecə qonağı" filmindəki açıq-saçıq səhnələr sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İnternet istifadəçiləri filmlə bağlı tənqidi fikirlər yazmışdılar. 
  
BAKU.WS
 

 



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ