SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq Artisti Röya Ayxan və müğənni Zamiq Hüseynov yeni klip təqdim ediblər.

BAKU.WS xəbər verir ki, hər iki məşhur 7 il sonra bir araya gələrək mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.

Onlar sözləri Nuridə Atəşi, musiqisi Faiq Sücəddinova aid “Neylərsən?” kompozisiyasını ifa ediblər. Mahnının yeni aranjimanını Samir Şirinov edib.

R.Ayxan və Z.Hüseynov lirik mahnını ifa etməklə kifayətlənməyərək onu həm də ekranlaşdırıblar. Klipin rejissorluğunu Dele Oruclu edib.

Kompozisiya Zamiq Hüseynovun şəxsi “Youtube” kanalına yerləşdirilib.

BAKU.WS
VİDEO

QALEREYA