SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xatun Əliyeva uzun müddətdən sonra efirə qayıdıb.

BAKU.WS xəbər verir ki, sənətçi qardaşı stilist Balaş rəhmətə getdikdən sonra ilk dəfə “Söhbət var” verilişində qonaq olub. Xatun qardaşının vəfat etmə səbəbindən danışıb:

“Qardaşım heç vaxt məni belə gözü yaşlı görmək istəməzdi. Çünki o həyat və sevgi dolu insan idi. Evimizin son beşiyi olsa da, o hamımızdan böyük kimi idi.

Keçmiş müsahibələrimə baxıram, elə bil mən hiss edirdim ki, ona nəsə olacaq. Pandemiya başlayanda fəaliyyətimiz dayandı.

Biz, demək olar ki, hər gün bir yerdə idik. Sonra müharibə oldu. Görürdüm ki, bu insan bütün günü ağlayır.

Deyirdi, “Kaş mən öləydim”. O, şəhidləri görüb özünə ölüm arzulayırdı. İnanmazdım ki, həyatdan belə tez köçə bilər.

Biz onun xəstəliyini sonradan bildik. Həmin vaxt isə xəstəliyi çoxalıb 4-cü mərhələyə qədər irəliləmişdi. O, ağrıdığını hiss etdirən biri deyildi.

İlk dəfə biz onun xəstə olduğunu dekabrın 9-da öyrəndik. İsrailə və Türkiyəyə apardıq. Amma bütün həkimlər dedi ki, gecikdirmisiniz. Qardaşımın vəfatı mənim üçün çox çətindir”.

Qeyd edək ki, Xatunun qardaşı stilist Balaş xərçəng xəstəliyindən dünyasını dəyişib.

BAKU.WS