Tanınmış prodüsser Samir Əliyev (Samiraldo) məşhur bəstəkar mahnısına hörmətsizlik edib.
 
BAKU.WS məlumat verir ki, prodüsser maşınla yol gedərkən çəkdiyi vineni sosial şəbəkədə paylaşıb. Samiraldo bu dəfə videonu Fidan Haciyevanın ifasında məşhur "Bakı" mahnısını sədaları altında çəkib.
 
Sənətçinin ifası səslənərkən prodüsser qəribə halda qışqırıb. Sosial şəbəkə istifadəçiləri bunu bəstəkar mahnısına hörmətsizlik kimi dəyərləndiriblər. 
 
Qeyd edək ki, "Bakı" mahnısının musiqisi mərhum bəstəkar, xalq artisti Tofiq Quliyevə məxsusdur. 
 
BAKU.WS