SİZİN REKLAM BURADA!
055 213 76 73



"Plus size" model Eşli Qrim məşhurluğun zirvəsinə addımlamağa davam edir.
 
BAKU.WS məlumat verir ki, cazibədar kök model çimərlik geyimləri brendi "Swimsuitsforall"-ın yeni kolleksiyasını təqdim edib. Artıq uzun müddətdir çimərlik geyimlərinin siması seçilən Eşlinin fotosessiyası bu dəfə də okean sahilində baş tutub. Cazibədar model yenə işinin öhdəsindən layiqincə gəlib. 
 
Seksual görünüşü ilə digər modellərə meydan oxuyan Eşli məşhurluğu ilə onları geridə qoyub. Müxtəlif məşhur jurnalların, geyim və çimərlik geyimi brendlərinin əvəzedilməz simasına çevrilən Eşli fəaliyyəti ilə artıq çəkili qadınlara stimul verdiyini bildirib.
 
Müsahibələrinin birində model qadınların bədənlərini olduğu kimi sevmələrini tövsiyə edib. Artıq çəkiləri kompleks etməyin əhəmiyyətsiz olduğunu vurğulayan Eşli, bədənini belə sevdiyini deyib. 
 
BAKU.WS