SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevil ilə Dj Roşkanın bəy-gəlin geyimində yayılan fotosunun səbəbi bəlli olub.

BAKU.WS xəbər verir ki, ötən gün müzakirələrə səbəb olan və səs-küy yaradan şəkil Sevil Sevinc bacılarının yeni klipi zamanı çəkilib.

Belə ki, onlar Dj Roşka və Ramil Nabranla bir araya gələrək sevənlərinə yeni ekran işi təqdim ediblər.

Bacılar “Bütün kişilər eynidir” adlı yeni mahnını ekranlaşdırıblar. Kompozisiyanın söz və musiqisi Dj Roşkaya məxsusdur.

Hazırda “Youtube” sosial portalına yerləşdirilən ekran işini 43 mindən çox insan izləyib. Klip tezliklə “Spotify”, “Itunes”, ”Yandex” kimi platformalarda da yayımlanacaq.

Xatırladaq ki, Dj Roşka ilə Sevilin bəy-gəlin geyimində olan şəklini bacılar öz “Instagram” səhifələrində paylaşıblar.

BAKU.WS
VİDEO